65608084d3e1f202311235252
Meyitimi yandırıb, külümü dənizə tökün – Aparıcıdan qalmaqallı AÇIQLAMA

"Böyük məmnuniyyətlə istəyərəm ki, mən öldükdən sonra nəşimi yandırıb, Xəzər dənizinə töksünlər".

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan "Günə son" verilişində qonaq olan aparıcı Vüsal Məmmədov deyib.

O bildirib ki, öləndən sonra bir qarış torpaqdan yapışmağının mənası yoxdur: "Hər insan öləndən sonra 3 kvadrat torpağı tutmağa davam etsə, tezliklə milyon kvadratlarla yer zəbt olunacaq. Bu da artıq dirilərə yer qalmamasına səbəb olacaq".

24.11.2023 14:51
show 368