670e02644a96c202410244924
Metro çıxışından qaçırılan 13 yaşlı qızın başına oyun açdılar - 3 nəfər...

Londonda Hammersmith metro stansiyasından qaçırılan 13 yaşlı qız 3 nəfər tərəfindən zorakılığa məruz qalıb.

Qlobal.net News24.az-a istinadla xəbər verir ki, ötən ilin sentyabrında baş verən dəhşətli hadisədə 24 yaşlı Pol Maksvell iki dostunun köməyi ilə 13 yaşlı qızı qaçıraraq öz evinə aparıb.

Zorakılıqda təqsirli bilinənlərdən biri 12 il, digər ikisi isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə iştirak edən 13 yaşlı qurban "Başıma gələnləri dəyişdirmək üçün nə edə biləcəyimi milyon dəfə düşündüm, amma cavab tapa bilmədim. Nə etsəm də nəticə dəyişməzdi. Çünki bu adamlar məni metroda gördükləri anda nə edəcəklərinə artıq qərar vermişdilər. Məni tək tutdular, çox müdafiəsiz idim", - deyib.

15.10.2024 10:19
show 620