Mənzurə Musayeva bu dəfə də etdiyi açıqlamalarla diqqəti üzərinə çəkməyi bacarıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, xanım müğənni qonağı olduğu "Günaylı gün" verlişində adını açıqlamaq istəmədiyi çox məşhur xanım həmkarlarından birinin başına gələn hadisəni xatırladaraq qarşı tərəfi söz atəşinə tutub.
"İndi məşhur müğənnidir. Təzə-təzə çıxırdı, bulvarda biz oturmuşduq. Mənlə görüşmək üçün həyəcanla gəlirdi, mənə yaxınlaşanda "kabloku" sındı, yıxıldı ayağımın altına", - deyən Mənzurə indi həmin həmkarının onun zənglərinə cavab vermədiyini, toyda qarşılaşanda salam vermədiyini bildirərək narazılığını ifadə edib.
Mənzurənin açıqlaması ətraflı videoda: