Məsciddə biabırçılıq – Çılpaq şəkillər çəkdirən model və rejissor saxlanıldı – FOTO
Türkiyədə məsciddə çəkilən çılpaq fotolar böyük səs-küyə səbəb olub. Ankara Kocatepe Məscidində
aparılan açıq-saçıq fotosessiya səbəbi ilə ajiotaj yaradan məsələyə
polis qarışıb. Model Ezgi və rejissor Bilal Kısa tapılaraq "dini
görüşlərin təhqir olunması" maddəsi ilə saxlanılıblar.
Qısa köynəkdə, ətəyini yuxarı qaldıran model təsbehdən boyunbağı kimi
istifadə edərək poz verib. Qeyri-adekvat formada namaz hərəkətləri edən
modelin görüntüləri "Ziddlərin sehri" adı altında paylaşılıb.
Rejissor
sonradan öz sosial şəbəkə hesabında bu paylaşıma görə üzr istəyib.
Həmin görüntüləri təqdim edirik:
(milli.az)