İqtisadiyyat

Maaşlardan nə qədər vergi tutulacaq? – Belə hesablanır

“Bu günlərdə Vergilər Məcəlləsinə yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir”.

Qlobal.net xəbər verir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Eyyub Kərimli çıxış edib.

O, bəzi KİV-də 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər yayıldığını, lakin bu səhv olduğunu qeyd edib:

“Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir.

Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500m olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Bu da maraqlıdır: Aylıq gəlirdən bu qədər vergi tutulacaq – Güzəşt ləğv edilir

Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000m -200manat=800 m x 3%=24manat.

Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.

Related Articles

Leave a Reply

Back to top button