Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a belə açıqlama verib.
Psixoloq qeyd edib ki, kişilərdən fərqli olaraq, qadınlarda andropoz dövrü müşahidə edilmir: “Qadın 40-80 yaşında da qadındır. Andropoz dövrü (Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması) qadınlara aid edilmir. Bəylər 50-55 yaşına qədər şorgöz və xəyanətə meyilli olurlar. Bu yaşda qadınlar özünü rahat, hər bir formada təqdim etməyə qadir olurlar, amma bəylər o dərəcədə çılğın düşüncələrdə ola bilmirlər. O yaşda kişilər katibəsinə sadəcə toxunaraq bir sakitlik tapsa da, qadın daha çılğın olur. Əgər ginekoloji problemləri yoxdursa, yaşından asılı olmayaraq, qadın elə axıra kimi də qadındır”.