66df1ca35bea5202409240451
Kişi evə od vurdu, arvad maşını əzdi - DƏHŞƏTLİ DAVA

Evli cütlük arasında mübahisə qorxunc sonluqla nəticələnib. 

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin Sakarya bölgəsində yaşayan cütlük arasında yaşanan mübahisə davaya çevrilib. 

Hadisə cütlüyün oğlunun ona verilən maşınla qəza törətməsindən sonra yaşanıb. Bununla başlayan mübahisə daha sonra böyüyərək, davaya çevrilib. Nəticədə qadın daşla maşına hücum edib və nəqliyyat vasitəsini əziz-əzik edib. Kişi isə acığını yaşadıqları evdən çıxaraq, ikimərtəbəli mənzilə od vurub.  

Ünvana yanğınsöndürmə briqadası və polis göndərilib. Yanğın söndürülsə də, evə ciddi dərəcədə ziyan dəyib. Qəzəbli cütlük polislər tərəfindən sorğu-sual olunmaq üçün bölməyə aparılıb. 

09.09.2024 20:03
show 417