Çinin Venzhou şəhərində bir kişi ayrılmaq üzrə olduğu həyat yoldaşını xəyanət edərkən tutub.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, arvadından şübhələnən kişi onun oteldə olduğunu öyrənincə həmin yerə gedib. Otel otağının qapısını açıb içəri girəndə arvadını yad kişi ilə yataqda tutub. Lakin əri sarsıdacaq digər bir faktın da üstü açılıb. Kişi otel otağına daxil olanda 5 yaşlı qızının orada bir kənarda oyuncaqlarla oynadığına şahid olub.
Ər bu anları kameraya çəkərək sosial media hesablarında paylaşıb və qısa zamanda həmin kadrlar viral olub.
Bu hadisədən sonra cütlük boşanıb.