"İti qovursan ikinci dəfə həmin qapıya gəlmir, sizə nə olub?" - Şəhla Həmidova müğənnilərə OD PÜSKÜRDÜ
"Verilişlərdən inciyib efiri tərk edən müğənniləri yenidən həmin
verilişdə görmək artıq adət halını alıb. Özünə hörmət edən insan ikinci
dəfə o verilişə getməz. Qonağı çağıran aparıcılar da bilir ki, kimlə
necə rəftar etmək lazımdır. 5-6 ildir ki, televizora baxmıram. Nə
eşitsəm də, bilsəm də sosial şəbəkələrdə qarşıma çıxır. O sferadan uzaq
durmağa çalışıram, artıq iyrənirəm. Müğənnilər özlərini o qədər alçaldır
ki. Dünyanı kim tutub dayanıb ki? Bir tikə çörəyinizi adam balası kimi
niyə yeyə bilmirsiniz ki? Şükür Allaha, toylarınız var, işləriniz var.
Üzünə itin sözü deyilən, biyabır olunan və yenidən o verilişə gələn
müğənninin günahkarı da özüdür. İti qapıdan qovursan ikinci dəfə həmin
qapıya gəlmir, sizə nə olub? İt qədər də olmadız?”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib.
“Sənət nə gəzir? Çoxdan rəhmətə gedib. Sadəcə olaraq özləri üçün
oynayırlar. Sənətin göstəricisi efir və tiktokdur. Efirdən oxunan
mahnıları da görürük də. Niyə zövqlər belə korlandı? O mahnılar hardan
çıxır? Bəlkə də mən geridə qalmışam. Dünya ölkələrində də bayağılıq
çoxalıb, amma bizdəki dərəcədə deyil. Yaxşı ki, mən Sovet illərində
doğulmuşam. O mahnıları eşitmişəm, yaxşını pisdən seçə bilirəm” deyə
müğənni bildirib.
Müğənni fanaqram oxuyan həmkarlarından da danışıb.
“Fanaqram oxuduqlarına görə toyda döyülənlər olub. Son günlərdə
onun şahidi olmuşam ki, istəyirsən fanaqram oxu, istəyirsənsə canlı,
tamaşaçı üçün bunun önəmi yoxdur. Bu dəqiqə bərk gedən müğənnilərin çoxu
toyu başdan-ayağa fanaqramla yola verir. 10-15 min də alıb ciblərinə
qoyurlar. Bəh-bəhlə də onları toya çağırırlar. Elə rahat da pulu onlara
verirlər ki. Dövran təsrinə fırlanır” deyə müğənni bildirib.