64e3326c8ed84202308234620
İş adamı azyaşlı qızını xilas etmək üçün... - Bakıdakı faciənin TƏFƏRRÜATI

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub. 

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.

S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib. 

Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.

21.08.2023 13:46
show 447