İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələcək.
Qlobal.net axar.az-a istinadən bildirir ki, bu haqda İran parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi deyib.
"Tehrana yaxın, 80 kilometr uzaqlıqdakı ərazini seçsək, təxminən yeddi milyard dollara başa gələcək.
Paytaxtın 130-200 kilometr məsafədəki əraziyə köçürüləcəyini hesablasaq, bu, təxminən 22 milyard dollara başa gələcək. Türkiyə və Pakistan kimi 500 kilometrdən çox uzaqda paytaxt seçsək, bu, infrastrukturdan asılı olaraq 30-37 milyard dollara başa gələcək", - deyə o bildirib.