664a2a2c1e133202405243452
İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur - YENİLƏNİR

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərhədimizdən lentə alının son fotosu yayılıb.

Prezident və XİN rəhbərinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində meşəlik ərazidə qəzaya uğrayıb.

Qeyd edək ki, Silahlı Qüvvələr hadisə yerinə köməyə gəlib və ərazidə üç pilotsuz təyyarə var, lakin hava şəraiti ilə əlaqədar əməliyyatlar mümkün deyil.

----------

Azərbaycan XİN: "İran prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün ümid edirik və dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır".

----------

Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazi təxmin olunub.

Amma, qaranlıq çökdüyünə və hava şəraiti əl vermədiyinə görə axtarışlar nəticəsizdir.

----------

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqiri ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün resurslarını qəzaya uğramış prezident helikopterinin axtarışı üçün xilasetmə əməliyyatına yönəltməyi əmr edib

----------

İranın sabiq prezidenti Mahmud Əhmədinejad belə paylaşım edib: "İnnə illah və inna ileyhi rəciun" ("Gerçəkdən də, Allaha mənsubuq və Ona qayıdacağıq").

Bu ifadə adətən, mərhum barədə deyilir...

----------

Milli.Az bildirir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu, SEPAH və polisin bütün qüvvələrindən istifadə edərək axtarış aparılmasını əmr etdi.

----------

İran prezidentinin mühafizə xidməti xüsusi peyf telefonlarına sahibdir. Onunla əlaqə heç vaxt kəsilmir. Amma indi onunla da əlaqə qurula bilməməsi Tehran hökumətində ciddi narahatlıq yaradıb.

Bu arada xilasedicilərin ilk qrupu hadisə yerinə çata bilib.

----------

KİV: İranda "fövqəladə vəziyyət" elan edildi

----------

Rəisini daşıyan helikopterin qəzaya uğradığı əraziyə avtomobillə giriş mümkün deyil

Axtarış işləri üçün xalq qrupları da yaradılıb. Hazırda onlar piyada axtarışlar aparırlar. Ərazidə internet yoxdur

----------

"İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb", İran rəsmisi Reuters agentliyinə bildirib.

Rəsmi bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın həyatı "helikopter qəzasından sonra risk altındadır".

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur" deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.

----------

İran Prezidenti İbrahim Rəisinin rəsmi Instagram hesabında "Mənim üçün dua edin" sözləri ilə paylaşım edilib

----------

Əlverişsiz hava şəraiti səbəbindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışı üçün havadan əməliyyatlar dayandırılıb.

Bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Xilasetmə işləri piyada qrupları tərəfindən həyata keçirilir",- məlumatda deyilir.

----------

İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterinin qəzaya uğradığı bölgəyə gedib.

Əl-Cəzirə yazır ki, İran rəsmisi fövqəladə hadisə yerindən alınan məlumatın "narahatedici" olduğunu, lakin səlahiyyətlilərin nikbin olduğunu söylədi.

----------

İran rəsmisi Reuters agentliyinə: "Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatedicidir".

Qərb KİV-ləri öz mənbələrinə istinadən Rəisi və Huseyn Əmir Abdullahiyanın həyatının risk altında olduğunu bildirirlər

----------

Vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.

----------

İran KİV-ləri qəzadan az öncə Azərbaycan sərhədinə yaxın ərazidən çəkilən bu fotonu paylaşır.

----------

İran Fövqəladə Hallar Nazirliyinin sözçüsü mətbuata bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən helikopterin axtarışı üçün hava əməliyyatları dayandırılıb.

Xilasetmə işləri piyada qrupları tərəfindən həyata keçirilir.

----------

18:43

İranın IRIB telekanalı xəbər verir ki, İran prezidenti Rəisinin helikopteri ilə bağlı insidentin ciddi olması və yaralanma ehtimalının yüksək olması ilə bağlı qorxular artır.

----------

İran prezidentinin helikopterinin axtarışına nəzarət etmək üçün İran hökumətinin Böhran Vəziyyətlərində İdarəetmə Komitəsinin fövqəladə iclası çağırılıb.

----------

İran Qızıl Aypara Təşkilatının başçısı bəyan edib: "Hava şəraitinə görə hava axtarışı mümkün deyil. Ərazi dağlıq və çətin ərazidir. Xilasedicilər bütün mümkün istiqamətlərdən axtarış işləri aparırlar"

----------

İran vətəndaşları İmam Rzanın məqbərəsində Rəisi və helikopterdə olan şəxslərin sağlamlığı üçün dualar oxuyublar.

----------

İran Prezidenti İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu yazan "Mehr" agentliyi məlumatı silib

Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, içərisində İran Prezidentinin olduğu helikopterdən hələ heç bir məlumat yoxdur.

Medianın yazdığına görə, helikopterlə qısa bağlantı yaradıldıqdan sonra əlaqə kəsilib. Əlaqə zamanı qışqırıq səsləri eşidilib.

----------

İran prezidentinin mühafizəçisi xüsusi izləmə sistemindən istifadə edərək koordinatları göndərib

----------

İran prezidentinin helikopterinin GPS-in işlədiyi sonuncu yer Sonqun mis iədəni yaxınlığında olub.
Helikopterdə prezident, Təbriz vilayətinin qubernatoru, Təbrizin imam-cüməsi və və İranın xarici işlər naziri olub.

----------

İran prezidentindən hələ də xəbər yoxdur.

Helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Həmin əraziyə yaxında yaşayanlar güclü səs eşitdiklərini bildiriblər.

Əraziyə 20-dən çox xilasetmə qrupu göndərilib.

Duman səbəbindən havadan axtarışlar mümkün olmayıb. Yalnız piyada axtarışları həyata keçirilir. (apa)

----------

"İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir".

Bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib. (apa)

----------
"Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik".

Bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.

Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:

"Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək".

Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:

"Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub". (apa)

-------
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

Bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib. 

---------
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb".
Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub. (report)

19.05.2024 20:30
show 341