6670f96e23fbf202406240518
Həcc ziyarətində FACİƏ: 14 zəvvar öldü, 17 nəfər axtarılır

İordaniyanın ən azı 14 vətəndaşı həcc ziyarəti zamanı orqanizmin susuzlaşması və həddindən artıq istidən həyatını itirib.

Qlobal.net musavat.com-a istinadən bildirir ki,  bu barədə İordaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Süfyan əl-Kuda məlumat verib.

O əlavə edib ki, həcc ayinlərini icra edən daha 17 İordaniya vətəndaşı itkin düşüb.

Qeyd olunur ki, hazırda Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə birlikdə itkin düşən ziyarətçilərin tapılması istiqamətində zəruri tədbirlər görülür.

18.06.2024 07:04
show 750