“Heç biri onunla vidalaşmağa gəlmədi” – FOTO
“Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!”.
Qlobal.net bildirir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb.
O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib: “Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz?
Allah hər ikisinə rəhmət eləsin…”.
Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.