662386c53fe69202404241133
"Heç biri onunla vidalaşmağa gəlmədi" - FOTO

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!".

Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. 

O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib: "Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz?

Allah hər ikisinə rəhmət eləsin...".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.

21.04.2024 15:46
show 4430