Hamamda əxlaqsızlıq: 43 yaşlı kişi sevgilisinin qızına elə hərəkət etdi ki... – ŞOK DETALLAR
Bakıda 1981-ci il təvəllüdlü İsmayıl sevgilisinin azyaşlı qızı, 2013-cü
il təvəllüdlü Leylaya (adlar şərti verilib – red.) təcavüz edib.İsmayıl
2022-ci il fevralın sonlarında qeyri-rəsmi ər-arvad münasibətlərində
olduğu Nazilə ilə birlikdə yaşadığı evdə onun əvvəlki nikahından olan
qız övladı Leylanın köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı
əxlaqsız, seksual xarakterli hərəkətlər edib.
Bundan başqa,
İsmayıl təkrarən 2022-ci ilin martında Novruz bayramı ərəfəsində yenə də
azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər göstərib.
İstintaq
orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü
(on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq
hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət
işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş
Leylanın anası Nazilə ilə Buzovna qəsəbəsində dönərxanalardan birində
işləyərkən tanış olub: “Təxminən 5 il olar ki, Nazilə və onun azyaşlı
qızı Leyla ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə
yaşamışam. Aramızda hər hansı münaqişə olmayıb.
2022-ci ilin
mayından Nazilə məni nə qədər yaşadığı evə dəvət etsə də, mənim imkanım
olmadığına və yolun uzunluğuna görə həmin evə getməmişəm”.
Təqsirləndirilən
şəxs qeyd edib ki, 2022-ci il mayın 23-də mobil telefonuna zəng
gəldiyini görüb: “Telefona cavab verdikdə zəng edənin Nazilənin qızı
Leyla olduğunu bildim. Leyla mənə anası Nazilənin dərmanlar içərək
hamama girdiyini, cavab vermədiyini dedi. Mən də evimdə olan 95 manat
pulu götürüb Naziləgilin yaşadığı evə getdim.
Daha sonra zəng
edəndə Leyla telefonu anasına verdi. Nazilə qızı Leylanın ac olduğunu,
məktəbə getmək üçün pulu olmadığını dedi. Mən də 45 manatlıq ərzaq
alaraq, Naziləgilin evinə yollandım. Yemək yedikdən sonra gecəni həmin
evdə keçirdim”.
İsmayılın ifadəsinə görə, səhər gün saat 10
radələrində Leyla onu yuxudan oyadıb, telefonda oyun oynamaq üçün kodu
açmasını istəyib: “Mən telefonu açmaq istəyəndə Nazilə telefonun kodunu
dəyişdiyini bildirdi. Bunun səbəbini Nazilədən soruşdum. O, səbəb
demədən telefonu divara vuraraq sındırdı. Nazilənin bu hərəkəti xətrimə
dəydi, evdən çıxaraq getdim.
Telefonu aparıb təmirə verəndə
Nazilə ilə olan bütün yazışmaların silindiyini gördüm. Həmçinin,
Naziləyə mesaj yazdım. Nazilə mesaj yazmamağımı, yalnız zəng etməyimi
istədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 25-də
Nazilənin doğum günü olub: “Dedi ki, axşam saat 23.00-dan sonra onlara
gəlim. Həmin günü axşam saat 12-yə qalmış Naziləgilə getdim. Onun bir
avtomobilə əyləşərək getdiyini gördüm. Zəng edəndə mənə kobud sözlər
deyərək, onu narahat etməməyimi istədi.
Gecə saat 5-ə işləmiş
Nazilə zəng edərək, danışmaq istədi. Lakin konturum olmadığını deyib
telefonu söndürdüm və yatdım. Səhər yuxudan oyandıqda anam mənə polis
bölməsinə dəvət etdiklərini söylədi. Bölmədə polis əməkdaşı Naziləyə
zəng etdi və mənim bölmədə olduğumu dedi. Naziləni bir daha narahat
etməyəcəyimlə bağlı ərizə yazdım və polis bölməsindən çıxdım”.
İsmayıl
bildirib ki, daha sonra Naziləyə zəng edərək, ondan nə üçün polisə
şikayət etməsini soruşub və avtobusa minib evinə yollanmaq istəyən zaman
yenidən polis bölməsinə çağırılaraq həbs edilib: “Mən zərərçəkmiş
Leylaya qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri
etməmişəm. İbtidai istintaq zamanı Pirallahı rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalmışam. Bu
səbəbdən sərbəst ifadə verə bilməmişəm. Bir daha bildirirəm ki, azyaşlı
Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm”.
İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, hazırda Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 2-ci sinif şagirdidir:
“Anam
Nazilə təxminən 4-5 il bundan qabaq adı İsmayıl olan "İsi" dediyim
şəxslə tanış olub. Bundan sonra anamla İsmayıl birlikdə yaşamağa
başladılar. Əvvəllər İsmayıla əmi deyə müraciət etmişəm. Sonralar isə
məndən "ata" deyə müraciət etməyimi istədi, həmçinin mənə “qızım”
deyəcəyini bildirdi.
Mən də bundan sonra İsmayıla “ata” deyə
müraciət etməyə başladım. İsmayıl mənə qarşı həmişə yaxşı münasibətdə
olub, mənə oyuncaqlar alıb. Məni mağazaya apararaq istədiklərimi alıb,
məktəbə aparıb-gətirib. Biz əvvəl Mərdəkan qəsəbəsində yaşamışıq.
Sonradan Pirallahı qəsəbəsinə köçmüşük. Həmin yerdə də kirayədə
yaşamışıq”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci il fevralın
sonlarında həmin evdə tək olarkən İsmayıl oraya gəlib: “İsmayıl divanda
uzanaraq mobil telefonu ilə tik-toka baxmağa başladı. Mən isə
oyuncaqlarımla oynadım. Daha sonra oyuncaqlarımı yığışdıraraq İsmayılın
yanına getdim. Onun yanında tik-toka baxmağa başladım. Sonra İsmayıl
telefonu "zaryatka"ya qoydu. Bir müddət sonra ondan telefonla oynamaq
üçün icazə istədim. İsmayıl isə mənə “ovxala sonra” dedi. Bunu deyərkən
İsmayıl əli ilə ayıb yerini göstərdi. Bunu etmək istəməsəm də, əlimdən
tutaraq, ayıb yerinə apardı. Həmin vaxt İsmayıl artıq şalvarını aşağı
endirdi. Bundan sonra məni əxlaqsız hərəkətlər etməyə məcbur etdi”.
Zərərçəkmiş
deyib ki, daha sonra 2022-ci ilin martında, Novruz bayramı ərəfəsində
Pirallahıda kirayə yaşadıqları mənzildə evdə tək olarkən İsmayıl onlara
gəlib: “Anamın harada olduğunu soruşdu. Mən də Zirəyə getdiyini dedim.
İsmayıl kresloda oturaraq telefonla oynamağa başladı. Mən də oynamaq
istədiyimi bildirdim. Bu zaman məni hamama apardı. Bir müddət orada da
mənə qarşı iyrənc hərəkətlər etdi.
Daha sonra otağa gəldik.
Bundan sonra İsmayıl mənə telefonla oynamağa icazə verdi. “Bu barədə
anana nəsə desən, ananın yatdığı yerdə başını kəsərəm” deyə bildirdi.
Həmçinin İsmayıl mənə anama heç nə deməmək üçün kuklalar aldı. Mən də
qorxudan anama heç nə demədim”.
Zərərçəkmiş bildirib ki, anası
Nazilənin ad günündən 2 gün əvvəl İsmayıl yenə onlara gəlib: “Həmin vaxt
mən İsmayılla otaqda oldum. Anam isə çöldə stəkanları yuyurdu. İsmayıl
məndən “anana nəsə demisən?” deyə soruşdu. Mən də heç bir şey demədiyimi
söylədim. Bir neçə gün sonra isə anam dedi ki, evə kamera qoymuşam, nə
olub, mənə deməlisən. Mən də İsmayılın etdiklərini anama danışdım”.
İş
üzrə ifadə verən zərərçəkmiş şəxsin anası Nazilənin sözlərinə görə,
İsmayılla 4-5 il birlikdə yaşayıb, yaxşı münasibətləri olub: “İsmayıl
qızım Leylaylaəvvəllər yaxşı münasibət saxlayıb. Onların arasında
“ata-qız” münasibəti olub. Qızımı hər zaman məktəbə aparıb gətirib,
dəfələrlə onu alış-verişə aparıb.
Yaşadığım evin həyətində
stəkanları yuyan zaman İsmayılın qızıma “ovxala, telefonu verim”
deməsini eşitdikdən sonra ondan şübhələndim. Qızımı aldadaraq evə kamera
yerləşdirdiyimi dedim, İsmayılın ona qarşı hər hansı hərəkət
edib-etməməsini soruşdum. Bu zaman qızım İsmayılın ona qarşı seksual
xarakterli hərəkətlər etdiyini dedi.
Əvvəllər İsmayılın hər hansı
hərəkətindən şübhələnməmişəm. Qaldığımız evin kirayə pulunu İsmayıl
ödəyib. Aramızda ara-sıra məişət problemləri ilə bağlı narazılığımız
olsa da, ciddi münaqişələrimiz baş verməyib. Mən İsmayılın barəsində hər
hansı münaqişə ilə bağlı polisə şikayət etməmişəm.
İsmayılın
qadınlara və uşaqlara qarşı hərəkətlərində əvvəllər hər hansı qəribəlik
görməmişəm. Qızım həmişə düzgün danışan uşaq olub. İsmayıla qarşı hər
hansı qərəzi yoxdur”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər
Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıl 11 il müddətinə
azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan
təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, işinə düzgün
baxılmasını, üzərində olan Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin
götürülməsini istəyib.
Şikayət araşdırılması üçün Bakı
Apellyasiya Məhkəməsinə təqdim olunub. Apellyasiya şikayətinin
dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Məhkəmə
təqsirləndirilən şəxsə qarşı verilən ittihamın düzgün olduğunu, birinci
instansiya məhkəməsində işin obyektiv araşdırılması nəticəsinə gəlib.
Bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin olunmayıb./Teleqraf.com