65e092b38c61e202402242035
İcra başçısı və aparıcıdan toyda qonaqlara QADAĞA

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub.

Qlobal.net xəbər verir ki, şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Məclisdən qonaqlar fotolar videolar paylaşıb. Amma gəlin və bəylə foto çəkdirən olmayıb. Belə ki, toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb. Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub. 

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onun bu nikahdan dörd övladı var. Cütlük iki il əvvəl boşanıb. 

Alidə Mustafayeva ATV, ANS TV və İTV-də çalışıb. Hazırda isə AzTV-də aparıcıdır, eyni zamanda “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır. (axsam.az)

29.02.2024 18:19
show 420