Məşhur aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyevanın paylaşdığı video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qlobal.net xəbər verir ki, videoda Zaur əlini yuyarkən nişan üzüyünü çıxarır, Günay isə bu hərəkətə sərt reaksiya verir. Əlində tava ilə həyat yoldaşına "dərs keçən" Günay üzüyü yenidən Zaurun barmağına taxır.
Cütlüyün bu zarafatyana paylaşımı izləyiciləri iki hissəyə bölüb – bəziləri bunu sevgi dolu bir jest kimi qiymətləndirib, digərləri isə evlilik münasibətləri ilə bağlı fərqli fikirlər səsləndiriblər. (yenisabah.az)