Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, buna səbəb 22 oktyabr
tarixində Moskvada "Triumf" restoranında erməni toyunda aşpaz Qədir
İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində
Azərbaycanın bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub.
Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub.
Onlar "Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun", "Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik" deyə şərhlər yazıblar.