Əri Səidənin qabırğalarını sındırıb – Brilliant Dadaşovadan ŞOK AÇIQLAMA

Xalq artisti Brilliant Dadaşova ilk dəfə bacısı Sədaqət Dadaşova ilə qızı Səidə Dadaşovanın küsülülüyündən danışıb.
Qlobal.net xəbər verir ki, bu barədə sənətçi RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib.
Estrada ulduzu Səidənin həyat yoldaşının ona şiddət göstərdiyini iddia edib.
“Səidə yaxşı qızdır. Deyəndə ki, anam məni saymır, anam uşağımı görmək istəmir, axı sən bilirsən ki, anan sənə zəng edib dedi ki, sənə gözəl bjuteriyalar almışam. sənin yanındakı ərin dediyin o adam telefonu götürüb dedi ki, ayaqlarını qıraram bizə gəlsən. Sənin anan bu sözdən sonra necə gəlsin sizə? Bizim ailəmizə gətirdiyi ləkələr, danışdığı yalanlar mənə çox toxunur, Çox susdum. Səidənin göz yaşları bilirsiz niyə görədir? Çünki iki ay əvvəl qabırğasını sındırıb. Onda Səidə zəng vurub Rəafelin 50 illik dostuna deyib ki, vahid əmi, bunun əlindən məni qutaran yoxdur. Qabırğamı sındırdı, 102-yə zəng vurdum, yenə gəlib məni döydü. Məcbur olub dedim ki, tabretkadan yıxılmışam. Əgər Səidənin başından bir tük əksik olsa, o səslər məndədir. Səidəni öyrədib, bizim Dadaşovlarla bağlı bu intriqaları, yalanları danışsanız, mən ərizə yazacam.”
Посмотреть эту публикацию в Instagram



