Samux rayonunda namus üstündə qızınıöldürməyə cəhd etməkdə təqsirli bilinən 1955-ci il təvəllüdlü Sadif Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadlarışərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sadif Vəliyevin doğma qızı Sevda Əliyeva 2017-ci ilin iyulun 2-dən 25-nə keçən gecə əri Sadiq Əliyev növbədə olarkən tanışı Xəyyam Hüseynovu yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən evinə dəvət edib.
Həmin gecə Sevda
Əliyev Xəyyam Hüseynov ilə evində görüşərək, cinsi əlaqədə olub. Xəyyam
Hüseynovun Sevda Əliyeva ilə intim əlaqədə olmasını sonuncunun
yaxınlıqda olan qohumu Mədət Bayramov bilib.
Bundan xəbər tutan
Mədət Bayramov Sevda Əliyevanın atası Sadif Vəliyevə telefon vasitəsi
ilə məlumat verib. Qızının evindən bir qədər aralıda yaşayan Sadif
Vəliyev saat 06 radələrində ora gəlib.
Sadif Vəliyev qızının
evinə gəldiyini eşidən Xəyyam Hüseynov yataq otağının pəncərəsindən
çıxaraq qaçıb. Sadif Vəliyev qızını Xəyyam Hüseynovla birlikdə olmasını
görə bilməyib.
Daha sonra Sadif Vəliyev qızını öz yaşadığı evinə
gətirib. Orada qonaq otağında ikilikdə qızından tanışı Xəyyam Hüseynov
ilə görüşüb, ərinə xəyanət etməsinin doğru olub-olmamasını soruşub.
Bu
zaman Sevda Əliyeva susaraq, atasına bir cavab verməyib. Həmin vaxt
Sevda Əliyeva ağlayıb. Qızının belə vəziyyətə düşməsi, həmçinin
susmasını ərinə xəyanət etməsi kimi qəbul edən Sadif Vəliyev ictimaiyyət
arasında rüsvay olduğunu, qızının bu hərəkətinin onun nüfuzuna xələl
gətirdiyini düşünüb.
Belə olan halda Sadif Vəliyev qızını
öldürüb, ondan qisas almaq qərarına gəlib. Bu niyyətini həyata keçirmək
məqsədilə Sadif Vəliyev qızını əvvəlcə içildikdə insan həyatı üçün
təhlükəli olan sirkə turşusu içməklə özünü öldürməyə məcbur edib.
Sirkə
turşusu içəndən sonra qızı Sevda Əliyevanın ölmədiyini gərən Sadif
Vəliyev otaqda masanın üstündə olan stəkanı sındırıb. Sonra sınmış
hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar edib.
Bundan
sonra da onun ölmədiyini görən Sadif Vəliyev qəsdini başa çatdırmaq
üçün evin həyətindəki anbarda saxladığı baltanı götürüb və yenidən onun
yanına qayıdıb. O, baltanın bərk küt hissəsi ilə qızının baş nahiyəsinə
bir dəfə zərbə endirib.
Daha sonra Sadif Vəliyev baltanı kənara
ataraq Sevda Əliyevanı döşəmənin üzərinə yıxıb, onu əlləri ilə boğub. O,
qızının döşəmədə halsız vəziyyətdə qaldığını görəndən sonra onun
öldürdüyünü zənn edib.
Daha sonra Sadif Vəliyev arvadı Tamaranı
çağırıb, ona polis şöbəsinə zəng edib və qızını öldürməsi barədə məlumat
verməsini deyib. Ana da qızının atası tərəfindən öldürülməsi barədə
polisə məlumat verib.
Hadisə yerinə gələn polis, prokurorluq
əməkdaşları Samirə Əliyevanın halsız vəziyyətdə olan cəsədini
xəstəxanaya aparıblar. Orada həkim müayinəsi zamanı Samirə Əliyevanın
ölmədiyi məlum olub. Ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində
həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən
Sadif Vəliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam
öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə Sadif Vəliyev 4 il müddətinə
azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya
protesti verib.
Prokuror protestində Gəncə Ağır Cinayətlər
Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Sadif Vəliyevin cəzasının
ağırlaşdırılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsində hakim
Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin
dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar
qəbul edilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti
verib. Prokuror kasasiya protestində Gəncə Apelyasiya Məhkəməsinin
qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən
olunması üçün şikayətə apelyasiya instansiyasında yenidən baxılmasını
istəyib.
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə
göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyilə baş tutan prosesdə
kasasiya protesti araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb. (Publika.az)