6613654b534be202404243227

Əməkdar artist ÜSYAN ETDİ: "Mən indi Xalq artisti olmalıyam"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda".

Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:

"Yuxusuz gecələrimə heyfslənirəm. Özümə heyfim gəlir. İnsan hər zaman gülüb-danışmır ki... Birdən tək oturub deyirsən ki, cavanlıq, gözəllik gedir. 2006-cı ildə Əməkdar artist olmuşam. Mən indi Xalq artisti olmalıyam. İstəyərdim Prezident təqaüdü alım. İstəyirəm ki, vaxt gedəndə uşaqlara möhtac olmayım".

08.04.2024 07:27
show 505