"Adətən adamı dindən-dondan çıxaranda adam əsəbi söz deyir. Bir də görürsən ki, yazırlar "bu yenə başladı da ağzına gələni danışmağa". Məni çox kobud adlandırırlar. Deyirlər "özünü bir az xanım kimi apar".
Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva deyib.
Sənətçi onu tənqid edənlərə səslənib: "İncə olum, özümü incə xanım kimi göstərib, sizin kimi camaatın cibinə girim? Sizin kimi evlər dağıdım? Mən beləyəm. Mən kobudam. Mən kənd adamıyam. Sevirsən bax, sevmirsən nə məcburdur? Sənə lazımdır Elnarə?"