Şou-biznes

“Elə bil Vasmoy bazarına gəlib” – Emrah Bakıda bəyənilmədi

Türkiyəli məşhur müğənni Emrah Bakıda təşkil olunan konsertində səhnəyə həddindən artıq sadə geyimdə çıxıb. Sənətçi qara rəngli gödəkçə, tünd şalvar və köynək kombini ilə ifalarını səsləndirib.

Qlobal.net xəbər verir ki, Emrahın bu tərzi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər müğənninin səhnə geyimini zövqsüz və səhnə üçün “uyğunsuz dərəcədə sadə” adlandırıblar.

Bəzi sosial media istifadəçiləri “Bu nə səhnə kostyumudur?”, “Elə bil axşam gəzintiyə çıxıb”, “Elə bil Vasmoy bazarına gəlib”, “İdman formasında çıxıb səhnəyə” kimi sərrt rəylərlə çıxış ediblər. Digərləri isə Emrahın son zamanlar kökəldiyini qeyd edərək “Qarın yekəlib”, “Çay evinə gedən qaqaş vidində səhnəyə çıxıb” kimi ironiya dolu şərhlər yazıblar.

Bütün bu tənqidlərə baxmayaraq, konsert zalını dolduran tamaşaçılar Emrahın çıxışını alqışlarla və böyük coşqu ilə qarşılayıblar.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Maraqli News | Official Page🔹 (@maraqli.news)

Related Articles

Leave a Reply

Back to top button