Ebrudan boşanan Rza Zərrabın Mayamidə gizli toy etdi – Görün kimlə evləndi – FOTO
11 ildir evli olduğu məşhur türkiyəli müğənni Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, iddiaya görə, cütlük Mayamidə nikah masasına əyləşib.
Cütlüyün Mayamidə özəl mərasimlə evləndikləri deyilir. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş əks-səda doğurub.
Zərrab daha əvvəl ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb. O, ABŞ-da bir müddət həbsxanada qaldıqdan sonra sərbəst buraxılıb.