66727840ef5d9202406241840
Ebrudan boşanan Rza Zərrab Mayamidə gizli toy etdi - Görün kimlə evləndi – FOTO

11 ildir evli olduğu məşhur türkiyəli müğənni Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, iddiaya görə, cütlük Mayamidə nikah masasına əyləşib.

Cütlüyün Mayamidə özəl mərasimlə evləndikləri deyilir. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş əks-səda doğurub.

Zərrab daha əvvəl ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb. O, ABŞ-da bir müddət həbsxanada qaldıqdan sonra sərbəst buraxılıb.


19.06.2024 10:24
show 1674