Xəbər verdiyimiz kimi, ötən həftələrdə mərhum Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruz ilə onun qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə arasında qalmaqal yaşanmışdı.
İkili bir-birinin ünvanına xoşaqəlməz sözlər deyərək, sosial şəbəkələrdə bu mövzuda paylaşımlar etmişdirlər. Bundan sonra tərəflər ailəiçi bu məsələni öz aralarında həll edib, barışdıqlarını açıqlamışdırlar. Bir neçə gün davam edən sükut bu gün Şəfəqin paylaşımları ilə yenidən pozulub.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Ş.Novruz sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada qarşı tərəfin, yəni Əzizənin anası tərəfindən onun üzərinə rüsvayedici iftira atıldığı bildirib.
Şəfəq vurğulayıb ki, atası, mərhum aktyor Ramiz Novruzun vəfatından sarsılaraq İstanbulda olduğu zaman özü qayçı ilə saçlarını kəsib. Bununla bağlı isə aylar əvvəl vizajist saçını kəsdikdən sonra ortaya çıxan mənzərəni çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəfəqin sözlərinə görə, onun bu hərəkətini keçmiş gəlinləri Əzizənin
anası yaxın-ətrafa olduğu kimi deyil, biabırçı formada təqdim edib.
Belə ki, tərəflər mübahisə etdiyi zaman Əzizənin anası Şəfəqin qızı Ayana səsli mesaj göndərək bu sözləri dilə gətirib: "Bütün Bakı danışır ki, sənin anan Şəfəqin başını qırxıb".
Mərhum aktyorun qızı bu ifriraya cavab olaraq "Deyir ki, güya mən saçımı
özüm kəsdirməmişəm, kimlərsə başımı qırxıb. Baş qırxılmaq bilirsiniz
də, ya xəyanətə ya da ki ərə gedəndə bakirə olmadığın üzə çıxmağa görə
olur. Həmçinin söyləyib ki, mən Şəfəq güya sərhədi keçəndə məni nəyəsə
görə tutublar. Güya bundan sonra mən dövlətimizdən xahiş etmişəm ki,
mənim başımı qırxdırandan sonra tanınmışam deyə bir video paylaşım
sosial şəbəkədə və bununla da bu "baş qırxılmaq" məsələsini ört-basdır
edim" sözlərini dilə gətirib.
Həmçinin Şəfəq vurğulayıb ki, əgər qarşı tərəf və anası onun bu
açıqlamalarından sonra susmasa və paylaşımlar etsə o zaman bu məsələnin
daha rüsvayedici məqamlarının üstünü açacaq.
Şəfəq Novruz açıqlamaların sonunda bildirib ki, mərhum atası sağikən
oğlu Nərimana əsəbi halda dəfələrlə xanımı Əzizədən boşanmasını və ondan
sənə ailə olmayacağını söyləyibmiş. Amma Şəfəqin qardaşı saflığından
atasının bu sözlərinə məhəl qoymayıb. Lakin bir müddətdən sonra Şəfəq
özü Nərimanı Əzizədən ayırdığını diqqətə çatdırıb.