657fe126e5d1c202312230526
Dostu ilə sevgilisini tutan kişi dəhşət saçdı - 5 gün meyitin yanında qızı... - FOTO

Türkiyədə film kimi olay yaşanıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, Bursa vilayətində yaşayan İlyas Sarıkaya adlı şəxs 43 yaşlı sevgilisinin dostu ilə xəyanətindən şübhələnib. O, dostunu evinə çağıraraq onu öldürüb. Sonra isə sevgilisini yaralayıb. 

Dostunun meyitini günlərlə evində saxlayan İlyas Sarıkaya həmin müddət ərzində sevgilisinin razılığı olmadan onunla dəfələrlə cinsi əlaqədə olub. Qız ilk fürsətdə telefonla anasına mesaj yazıb kömək istəyib. 

Hadisə yerinə gələn polislər tərəfindən İ.Sarıkaya saxlanılıb, meyit evdən çıxarılıb, qadının həyatı xilas edilib.

Hakim qarşısına çıxarılan İlyas Sarıkayanın ömürlük həbsi tələb olunub.

18.12.2023 10:04
show 3881