658539b238080202312232434
"Bu mənzərəni görmək üçün hər şeyimi qurban verərdim" - FOTO

"Heç nə yox, bircə məni kaş bu 3 günün birində gəlib elə bu salonda izləyərdin, ata. Bu mənzərəni canlı görmək üçün hər şeyimi qurban verərdim".

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkə hesabında yazıb. 

Cavidan atasının fotosunu yayımlayaraq, bunları əlavə edib: "Səni yalnız belə xatırlayacam, ata. Yalnız yaradıcılıq, səhnə, kino, teatr aləmində işimizə aid mövzularda xatırlayacam. Adını yalnız belə mövzularda hallandıracağam. Çünki səni yalnız belə mövzularda və insani keyfiyyətlərindən söhbət düşəndə xatırlamaq lazımdır, sənə, mənə, bizə aid olmayan söhbətlərdə yox. Səni özümdən çox sevirəm,  amma bilmək olmaz, bəlkə də izləmisən. Bəlkə də biz bilmədik, görmədik, ata. Sən Ramiz Novruzsansa, mənim həm atam, həm sənət yoldaşım, həm teatrdakı otaq yoldaşımsansa, bəlkə də izləmisən, ola da bilər. İlk dəfə idi hansısa uğurumla bağlı səninlə üz-üzə heç nə bölüşə bilmədim, içim yanır".

22.12.2023 11:23
show 428