Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında" qərarında dəyişiklik edib.
Qlobal.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi
fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.
Sıra №-si |
Vəzifələrin adı |
Əməkhaqlarının məbləği |
|
aylıq vəzifə maaşı (manatla) |
mükafat (manatla) |
||
1. |
Direktor |
2100 |
İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində |
2. |
Direktor müavini |
1850 |
|
3. |
Şöbə müdiri |
1500 |
4. |
Baş mütəxəssis, baş mühasib |
1300 |
5. |
Aparıcı mütəxəssis |
1150 |
6. |
Mütəxəssis |
1000 |
Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.