66a1dee7e2a1e202407241311

Bakının məşhur gecə klubunda DAVA - TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda yerləşən "Oliqarx Baku" restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.

Hadisə isə bu ilin fevralında baş verib.

Məhkəmədə verilən ifadələrdən məlum olub ki, müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində "Oliqarx Baku"nun icarədarına zərbələr endirib.

Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, "Oliqarx Baku" həm də gecə klubu kimi tanınır.

25.07.2024 09:11
show 269