6610e9f9b557c202404242145
Bakıda universitet yataqxanası yanır

Azərbaycan Dillər Universitetinin yataqxanası yanır.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, hadisə universitetin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəlib.

***

Azərbaycan Dillər Universiteti yataqxanada baş verən yanğına münasibət bildirib.

Universitetdən Lent.az-a verilən məlumata görə, yanğın baş verən yataqxanada tələbələr yaşamırlar.

Yataqxansda məcburi köçkünlər məskunlaşıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

FHN yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında  yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

06.04.2024 10:09
show 274