6610e80ebfb0e202404241334
Tanınmış aktrisanın qızı AİLƏ QURDU: Bəylə gəlin bu TV-də çalışır – FOTOLAR

Tanınmış aktrisa Zülfiyyə Eldarqızının qızının nikah mərasimi olub.

Qlobal.net bildirir ki, Yenicag.az-a açıqlama verən aktrisa övladının xoş günündən danışıb:

“Qızım Ayşə sevib-seçdiyi iş yoldaşı Mirsalamla nikaha girdi. Hər ikisi Baku TV-də çalışır. Qızım “Space” televiziyasında çalışırd, sonradan Baku TV-yə işə keçdi. Elə orada dostluqdan başlayan münasibət sevgiyə çevrildi və ailə qurmağa qərar verdilər. Allah hamıya belə kürəkən nəsib etsin, çox yaxşı oğlandır. Adam öz qızını tərifləməz, qızım da valideynlərinə dəyər verən, vətənpərvər bir qızdır”.

Aktrisa aprelin 20-də toy mərasiminin baş tutacağını bildirib.

Fotoları təqdim edirik:


06.04.2024 10:12
show 462