64e44f9513908202308230301
Bakıda qadın evinə kişi apardı - Qəfil gələn oğul görün nə etdi?

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Kazımova Aynurə Zəkəriyyə qızı yaşadığı evdə 1989-cu il təvəllüdlü Hüseynov Ramil Rauf oğlu ilə görüş təşkil edib. Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyyəsinə bıçaq xəsarəti yetirib.

Hadisəni törədən şəxs 103 zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

R.Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir. 

22.08.2023 10:01
show 1097