Azərbaycanın bu gedişini Fransa gözləmirdi - Parisə “siyasi şillə”
Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan
ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini
verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda "vasitəçilik” adı altında
erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri
fonunda Bakının "siyasi silləsi” kimi bir şeydir...
Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı ciddi müqavimət
yaşanır və onun boşalan yerini Rusiya və Çin, hətta Türkiyə də tutmağa
çalışır. Hərçənd, Azərbaycanın bu prosesdə izlədiyi siyasət xüsusilə
diqqət çəkir:Fransa müstəmləkəsinə müqavimət göstərən ölkələrin
toplantısına ev sahibliyi edir və bununla Bakı həm geosiyasi proseslərdə
mərkəzlərdən birinə, həm də Afrika uğrunda mübarizə aparan güclər üçün
cəlbedici tərəfə çevrilir; bu addımı Qoşulmama Hərəkatının sədr ölkəsi
kimi atmaqla təşkilatın nüfuzunu da gücləndirir;
Və ən əsası bu, Afrikada Fransa müstəmləkəsinə qarşı "sakit
inqilaba” ev sahibliyi edən Bakının Parisə qarşı demarşdır. Rəsmi
Parisin geri çəkiləcəyi, yaxud vasitəçilik təklifi ilə razılaşacağı
ehtimalı azdır, halbuki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi
bunu uğurla həyata keçirə bilər.
Asif Nərimanlı