653e04f5f1def202310230837
Tanınmış jurnalist Şəmsi Səmədzadəni darmadağın etdi - SENSASİON YAZI
Dünən bazar günü olduğu üçün, gözəl bir məkanda dostlarla oturub kofe içirdik. Günün ikinci yarısı idi. Birdən-birə, dayanmadan telefonuma mesajlar və zənglər gəlməyə başladı. Hamı soruşurdu: Şəmsinin videosuna baxıbsan? Heç nədən xəbərim yox idi.
Bir az keçəndən sonra, həmin iyrənc mənzərənin müxtəlif sosial şəbəkələrdə paylaşıldığını gördüm. Anladım ki, insanların bu mövzuda kütləvi şəkildə mənimlə əlaqə saxlamaq istəkləri, zamanında məhz Şəmsi Səmədoğlu ilə bağlı müzakirələrdə sırf axara qarşı getməyim, onun əsl simasını açıb ortaya qoymağım olub.
Təxminən iki il yarım bundan əvvəl idi. Ölkədə çox böyük səs-küy yarandı ki, ömürlük həbsə məhkum edilən və az qala böyük bir regionun “ağsaqqalı” statusunda təqdim olunan Şəmsi Səmədoğlu azadlığa çıxıb. Onun əsl “qəhrəman “ kimi piarı aparılırdı.Barəsində hətta miflər də uydurulmuşdu ki, güya bu adamı zamanında Baş prokuror işləmiş Zakir Qaralova şillə vurduğu səbəbindən ömürlük həbsə göndəriblər. Bunun ağ yalan olduğunu əlimin içi kimi bildiyim üçün, məhz onun populyarlığının ən zirvədə olan dönəmində sərt tənqid etdim, daha doğrusu maskasını çırdım. Həmin yazını şərh bölümündə paylaşıram.Mən hələ o vaxt, Şəmsinin bu gün canlanan mənzərəyə layiq adam olduğunu yazdım. Asan olmadı. Üstümə böyük bir “ordu” gəldi. Hətta Rusiyadan zəng etdilər. “Bizim ağsaqqala dil uzatma”,- kimi xəbərdarlığı belə nəzərimə çatdırdılar.
Bəzi həmkarlarımız mənim Şəmsi ilə bağlı mövqeyimə etiraz edən xüsusi verilişlər belə hazırladılar. Məni mövqeyimə görə sərt qınadılar. Şəmsi isə dünənki addımı ilə nəinki onları məyyus etdi, həm də öz “altını” vurdu.
Düşünürəm, görəsən, bu mənzərənin altından hansısa bəhanə, arqumentlə çıxmaq olarmı? Ağlıma heç nə gəlmir. Buna heç cür bəraət qazandırmaq mümkün deyil. Mən belə tip seks qalmaqalına heç vaxt rast gəlməmişəm.
Dünyanın bir çox ölkələrində tanınmış adamları yataqda sevgilisi ilə tutub, çəkirlər. Həmin adamlar ictimai qınağa tab gətirməyib istefa verir. Bu da üzərinə böyük missiya götürmüş adam idi, azdan- çoxdan tanınırdı. Nə qədər təəccüblü olsa da, bunu isə yataqda qadınla deyil, çox biabırçı pozada və ortamda tutublar.Yalnız bir söz deyə bilərəm, kaş ki, bu adam elə sona qədər ömürlük həbsdə qalıb ölərdi, ancaq bu biabırçı mənzərəni: özünə, ətrafına, doğmalarına və onu müdafiə edənlərə yaşatmazdı.
Bir daha şahid oldum ki, prinsipial və cəsarətli mövqeyə bəzi obyektiv səbəblərə görə zamanında açıq dəstək verilməsə də, hamı ürəyində düzün nə olduğunu bilir və vaxtı çatanda sənə öz minnətdarlığını ifadə edir.

Sizcə, bundan sonra Şəmsi Səmədoğlu nə etməlidir? 


Məhəmmədəli Qəribli, jurnalist

29.10.2023 11:07
show 10298