İstirahət mərkəzində yanğın – VİDEO
Azərforum Qaynarinfo-ya istinadən xəbər verir ki, Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.
bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.
Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.