65bb2ff196650202402244521
Azərbaycanda məşhur istirahət mərkəzində GÜCLÜ YANĞIN - VİDEO

Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Qlobal.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.


01.02.2024 09:44
show 474