Azərbaycanda gecə saatlarında ÜZÜCÜ XƏBƏR: 6 tələbə...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər. Qlobal.net xəbər verir ki, hadisə fevralın 21-dən 22-ə
keçən gecə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış
evlərindən birində baş verib.
Evdə kirayəçi kimi yaşayan 2006-cı il
təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil
oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli,
2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il
təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran
Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi
Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX)
aparılıblar.
Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım
göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə
buraxılıblar. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)