65d6d865d5e91202402241517
Aybəniz Haşımovanın həbs olunan qardaşının görüntüsü - VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın həbs olunan qardaşı Şaiq Haşımovun görüntüləri yayılıb.

Qlobal.net demokrat.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlunun "İmedia TV" YouTube kanalında görüntülər yayınlanıb.

Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub.

O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Küllü miqdarda pullarını alaraq dələduzluq edib. Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

22.02.2024 09:13
486