Azərbaycanda baş redaktor və müxbir həbs edildi – FOTO

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Realmedia.az” internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button