661e620a716a5202404243330
Ağır qəzaya düşən məşhur müğənni Türkiyəyə aparıldı - FOTOLAR

Bakı-Şamaxı yolunda sürücüsünün idarə etdiyi avtomobil ilə ağır qəzaya düşən müğənni Baba Dərələyəzli dördüncü dəfə əməliyyat olunub. 

Qlobal.net xəbər verir ki, Titul.az-ın əldə etdiyi xəbərə görə, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənni 3 il öncə düşdüyü ağır qəzadan sonra növbəti dəfə vacib əməliyyata girib. Bu dəfə müğənni Baba İstanbula aparılaraq orada əməliyyat olunub.

O hazırda Türkiyənin nüfuzlu "ACIBADEM" xəstəxanasında yatır.

Qeyd edək ki, Baba 2021-ci ilin noyabr ayında ağır qəzaya düşüb. Bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zamandır ki, yataqdan qalxa bilmir. Onun Bakıda edilən ilk əməliyyatı uğursuz alınıb. Bu, müğənninin ardıcıl dördüncü ağır əməliyyatıdır.

Xatırladaq ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını da itirib. Müğənni onların dünyadan köçməsindən sonra bu ağır qəzanı keçirib.





16.04.2024 15:33
show 9206