Azərbaycan əhalisinə ŞAD XƏBƏR – Çörək daha da ucuzlaşacaq
Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb.
Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28% azdır. Eyni zamanda, beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır. Bu isə ölkəmidə də çörəyin az da olsa ucuzlaşmasına şərait yaradıb.
Maraqlıdır, gələcəkdə baş verə biləcək qiymət artımından sığortalanmaq üçün Dövlət Taxıl Fondunda taxılı artırmaq lazımdırmı?
Referans.az xəbər verir ki, İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Taxıl Fondunun qiymətləri tənzimləmək kimi bir öhdəliyi yoxdur: “Dövlət Taxıl Fondu ölkə üçün strateji fonddur. Hər hansı bir ajiotaj və qıtlıq hallarında istifadə etmək üçün nəzərdə tutulub. Nə vaxt ki, qıtlıq yarandı, o qıtlığın aradan qaldırılması da qiymətlərə təsir göstərir. Amma bu, qiymət tənzimləmək üçün deyil. Aclıq, hər hansı fəlakət nəticəsində ölkədə bütün taxıl ehtiyatları tükəndi, idxal mümkün olmadı-taxıl fondunun təyinatı bundan ötrüdür.