aysun

Aysunun ərinin xəyanət iddialarına CAVABI GECİKMƏDİ: Kim, harada, kiminlə nə edir...

Şəxsi həyatı ilə bağlı dünəndən bəri yayılan iddialara vəkil Ramil Vəliyevdən reaksiya gəlib.

Qlobal.net xəbər verir ki, o, şəxsi "İnstagram" hesabında bu barədə paylaşım edib:

"Kim, harada, kiminlə nə edir – bunun heç kimə aidiyyəti yoxdur. Təsir əks təsirə bərabərdir (Nyutonun 3-cü qanunu). Yəni hər hərəkətin qarşılığı var. Bilib-bilmədən kiminsə şəxsi həyatı haqqında fikir bildirmək tərbiyəsizlikdir".

Qeyd edək ki, son günlər Ramil Vəliyevin həyat yoldaşı, müğənni Aysun İsmayılovanın xəyanətə məruz qaldığı ilə bağlı iddialar yayılıb. Müğənni bu barədə açıq şəkildə danışmasa da, izləyicilərinə verdiyi atmacalı cavablarla söz-söhbətləri daha da artırıb. 

04.02.2025 18:54
show 609