Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - FOTOLAR
Qlobal.net kulis.az-a istinadən uşaqların Ələkbər əmi kimi tanıyıb sevdiyi Ələkbər Hüseynov haqqında maraqlı faktları təqdim edir.Ələkbər
Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda, əslən Gəncədən olan, Bakı
Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın
ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb.1983-cü ildə
Ələkbərin atasını avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun
direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar
edir, göz yaşları axıdıb deyir:
“Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.Ələkbər onu bağışlayır, üstəlik, anasını da razı salır:
“Ay ana, yazıqdır. Hamının başına gələ bilər. Onu tutdursaq da, atam sağalan deyil”.Atası isə yataq xəstəsinə çevrilir. On bir ildən sonra, 1994-cü ildə vəfat edir.
Anası Yaqut Hüseynova:“Ələkbər
1961-ci ildə anadan olmuşdu. Sakit uşaq idi. Səkkizinci sinfə qədər o
biri uşaqlardan heç nəylə fərqlənmirdi. Öz otağına çəkilər, özünə
müxtəlif məşğuliyyətlər tapardı. Daha burada nələr düzəltmirdi: təyyarə,
maşın, qatar. Onun üçün “Texnika-molodyoji” jurnalını alırdıq. Ordan
maraqlı konstruksiyalar seçib qurur, redaksiya ilə əlaqə saxlayır, gənc
texniklər üçün keçirilən tədbirlərdə iştirak edirdi. Bir dəfə indiki
Azadlıq meydanında keçirilən yarışda onun quraşdırdığı təyyarə modelini
uçurtdular. Bu an mənə elə gəldi ki, bu, Ələkbərin fantaziyası, sakit,
mülayim təbiətində gizlədib-saxladığı xəyallarıdır, genişliyə, ümmana
doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az zəif uşaq idi, tez-tez
soyuqlayardı. Ona görə də çalışırdım, onu bu işdən, açıq havada təyyarrə
uçurmaqdan uzaqlaşdırım.Amma hardasa 13-14 yaşlarından o özü
texnikadan daha çox musiqiyə, rəqsə meyil göstərməyə başladı. Nəyə
görəsə son vaxtlar xırda-xırda bizdən pul alır, özü üçün yığırdı.
Günlərin bir günü gördük budur, həmin pula nağara alıb gətirib evə. Azca
keçəndən sonra qarmon, sonra maqnitofon aldı. Beləcə, otağını incəsənət
guşəsinə çevirdi. Həm də məktəbdə də özfəaliyyət musiqi dərnəyinin
solisti kimi çıxış edirdi. Səs ona atasından keçmişdi. Adıgözəlin də
gözəl səsi, qeyri-adi ifa tərzi vardı. Ələkbərin səsi isə çox nadir rast
gəlinən tembrə malik idi. Bir gün də eşitdik ki, rəqsə gedir. Hardasa
bir il rəqsə gedəndən sonra müəllimi ona belə xarakteristika verdi: bu
uşaq artıq peşəkar rəqqasdır. Sən demə, Ələkbərin axtarışları bununla da
bitməyəcəkdi. Bir gün gəlib bizə xəbər verdi ki, Yuri Qaqarin adına
Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı
– red.) dram dərnəyinə yazılıb. Bax özünü, nəhayət, orda tapdı. Ona baş
rollar verirdilər. Bir gün məni Mark Tvenin əsəri əsasında hazırlanmış
“Şahzadə və dilənçi” tamaşasına çağırdılar. Tamaşa anşlaqla keçdi. Mən
hətta unutmuşdum ki, baş rolda oynayan mənim uşağımdır. Tamaşaya
baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər bütün diqqətini,
gününü, vaxtını dram dərnəyinə sərf etdi. Bir-birinin ardınca müxtəlif
tamaşalarda çıxış etdi. Açığı, istəmirdim bu yolu tutsun. Onu fikrindən
döndərmək, başqa sənət seçməyə yönəltməyə çalışırdım: “Alik, bax a…
Birdən artistliyə meyil salarsan… Biz atanla səni tamam başqa sahənin
adamı görmək istəyirik”.Bakıdan Şəkiyə və geriTaledən
qaçmaq olmur. O, aktyor olmalıydı. Onuncu sinfi qurtaran kimi
sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir.
”Mən
də bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada
əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları
yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər
daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elmlərə
yiyələnsin, alim olsun. Bir də gördüm əllərini havada yellədə-yellədə
mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür,
oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur”.İxtisas
fənnindən imtahan götürən müəllimlər, professorlar Mehdi Məmmədov, Rza
Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sadıqzadə və digər hörmətli pedaqoq və
sənətkarlar Ələkbərə şeir dedizdirdikdən, etüd oynadandan, mahnı
oxutdurandan, rəqs etdirdikdən sonra onun aktyor olacağına tam əmin,
arxayın olmuş, hamı ona “əla” qiymət yazmışdı.***İnstitutu bitirdikdən
sonra Şəki teatrına göndərilir. 1982-ci ildə hərbi xidmətə çağırılır,
bir ildən sonra təzədən Şəkiyə qayıdır.1987-ci ildən Azərbaycan Dövlət
Kukla Teatrında işləməyə başlayır.Və zamanla balacaların “əmisinə”,
böyüklərin də sevimli aktyoruna çevrilir.
Əminin sevgi tarixçəsiAfaq Hüseynova (həyat yoldaşı):“İlk
baxışdan xoşuma gəlmədi. Analarımız bir yerdə işləyirdilər. Anası məni
xoşlamışdı, anamla qərarlaşmışdılar ki, bizi görüşdürsünlər. Bir axşam
Yaqut xala ilə bir qarayanız oğlan gəldi evimizə. Ortaboylu, saçlarını
qalın, qıvrım, qapqara. Birinci görüşdə nəyə görə xoşuma gəlmədi,
bilmirəm. Amma ikinci görüşdə mən konservatoriyada oxuyurdum. Dərsdən
çıxanda gördüm, məni gözləyir. Üzündə elə xoş ifadə vardı ki, deyərdin,
biz yüz ildir tanışıq. Danışmağa başladı, özü də nə başladı. O qədər
maraqlı, məzəli, üstəlik, mənim üçün yeni söhbətlər… - bütün varlığımla
ona diqqət kəsilmişdim. Beləcə axşamacan şəhəri gəzdik. Mən o görüşü heç
vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi
bağladı. Əbədi. Bu gün Ələkbər dünyada yoxdur, amma o görüşün
təəssüratı yaşayır. Özü də təkcə mənim daxilimdə yox, ikimizin arasında
yaşayır. O günü, ona bənzər başqa günləri, mən Ələkbərlə birgə
xatırlayıram.Bir dəfə uroloji xəstəxanada əməliyyat keçirmişdi.
“Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə
əvəz eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki,
onu kiminləsə əvəz etsinlər. Ələkbər azca özünə gələn kimi onu
xəstəxanadan çəkilişlərə aparır, sonra yenə qaytarırdılar palataya.
Hətta çəkilişlərin birində qanazlığından huşunu itirdi. Təcili
xəstəxanadan telestudiyaya həkim çağırıblar.Ələkbər üçün nə
kiçik rol var idi, nə də kiçik iş. Hər şeyə peşəkar yanaşırdı. Adi su
kranını düzəldəndə də. Amma bir şərtlə: gərək daxilən hazır olaydı. Bizi
belə sakitləşdirirdi: “Darıxmayın, düzəldəcəyəm, amma hələ yox, hələ
məqamı gəlməyib”.İndi də bəzən nəyisə düzəltmək lazım gələndə,
mənə elə gəlir, yenə onun səsini eşidirəm: “Darıxma, məqamı çatanda hər
şey düzələcək.2002-ci ildə Ələkbər Hüseynov UNİMA – beynəlxalq
kukla teatrları birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirdə
iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona
əziyyət verirdi. Getməzdən əvvəl stomatoloq dostuna baş çəkir, onun
məsləhətilə ağrıyan dişini çəkdirir. Kaş Parisə elə diş ağrısıyla
gedəydi, görünür, bu da tale oyunudu…Fransada elə uğurlu çıxış
etdi ki, hamı bəyəndi, çoxlu dəvətlər aldı. Gələndən sonra kefi yaxşı
idi. Birlikdə Yessentukiyə dincəlməyə getdik. Hər şey yaxşı idi,
yaradıcılıqda da, ailədə də. Amma həmin ilin sonlarında…"“Hepatit C” diaqnozuGünü-gündən
üzünün rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlmişdi.
Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki,
onda “Hepatit C” adlı virus var. Nə özü, nə də yaxınları buna inanmadı.
Buna kim inanmaq istəyərdi ki…Təkrar analiz, eyni diaqnoz, təkrar
analiz, eyni diaqnoz…Bu virus yalnız qanla keçə bilərdi. Moskvadakı
həkimi dişinin dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına
düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dostunun…Deməli, iki il
ərzində virus gizlicə öz işini görübmüş.Artıq qara ciyəri şişməyə
başlamışdı.
Ana, mən öləcəm…“İnternetdə maraqlı
nəsə tapanda çardaqdan bizi yanına çağırardı. Bir gün yenə həyəcanla
çağırdı. Qalxdım yanına. “Hepatit C” ilə bağlı məlumatı göstərib,
pıçıldadı:
- Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç
ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim tamam olur… Ana, mən
öləcəm…Ölümün ayaq səslərini eşidirdi, fəqət dayanmırdı. İşləyirdi,
işləyirdi… Teatrda, televiziyada, tədbirlərdə… Allah elə bil onun gücünü
artırmışdı. Səmərəli işləyirdi. Rejissor kimi tamaşalar hazırlayır,
şou-proqramlar aparır, uşaqlar üçün yeni verilişlər hazırlayırdı.Ölümünə
bir neçə ay qalmış onu teatrın baş rejissoru vəzifəsinə təyin
etdilər.Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor
Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyada,
qəzetlərdə onun xəstəliyi, bahalı müalicəyə ehtiyacı olduğu barədə
məlumat verildi. Hesab nömrəsi açıldı. Heydər Əliyev adına Fond yardım
etdi.Bədəni antibiotik qəbul etmirdi. Onu müalicə etmək qeyri-mümkün
idi. Xarici xəstəxanalara göndərməyin də xeyri yox idi.”Ölümünə bir neçə
ay qalmış “Təbəssüm” mükafatına layiq görülür. ”Təbəssüm” dünyada
yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız
uşaqlar müəyyən edir. Bu ordenə Tereza ana, Bill Klinton, Marqaret
Tetçer, Dalay-lama, Sergey Obraztsov, II İoann Pavel, Çingiz Aytmatov və
başqa məşhur şəxslər layiq görülüb.
Ələkbər Hüseynov elə həmin il 2 avqustda, Azərbaycan Kinosu Günü vəfat edib.