637b9f1bebd76202211225403
21.11.2022
19:51
9084

Azərbaycanda taksiçi ilə qadının dəhşətli "macərası": "Qaranlıqda səsini çıxarsan..." - TƏFƏRRÜAT

Azərbaycanda 1984-cü il təvəllüdlü Əfqan avtomobilinə müştəri qismində minən Zümrüdə (adlar şərti verilib - red.) təcavüz edib.

Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, taksi xidməti ilə məşğul olan Əfqan "Toyota Prius" markalı avtomobilə 16 oktyabr 2021-ci ildə gecə saat 01.30-da "Şamaxinka" deyilən ərazidə yaşadığı Xırdalan şəhərinə getmək üçün sərnişin qismində əyləşmiş Zümrüdə qarşı quldurluq edib.

Cinsi təlabatını ödəmək üçün Zümrüdə zor tətbiq edib, onunla zorla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ittiham elan edilib.

"Zorlamaq niyyətim olub"

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirlidir.

Əfqan ifadəsində göstərib ki, Zümrüdü işlədiyi kafedən tanıyıb: "Lakin onunla heç bir əlaqəm olmayıb, telefon nömrəsini də bilməmişəm. Bir neçə dəfə həmin kafedə müştəri qismində olmuşam. Həmin xanımı gördüyüm andan ona qarşı zorlama cinayəti törətməyimlə bağlı niyyətim yaranıb".

Əfqan qeyd edib ki, istintaq zamanı ifadə verərkən ona qarşı təzyiq göstərilib və özünü Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilib.

Hakimlər Əfqanın məhkəmə ifadəsi ilə istintaqda danışdıqları arasında ziddiyyət aşkar ediblər. Bu səbəbdən onun istintaqa ifadəsini tədqiq ediblər.

Əfqan istintaqa deyib ki, Zümrüd onun avtomobilinə əyləşdikdən sonra Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən onunla cinsi əlaqədə olmaq həvəsinə düşüb: "Bu məqsədlə "Vaz dairəsi" deyilən yerdən döndüm və Xırdalan şəhərinin mərkəzinə doğru hərəkət etdim. Yolun sol kənarındakı çoxmərtəbəli binanın yaxınlığında məhəllədə qaranlıq və heç kimin olmadığını düşündüm.

Zümrüdlə cinsi əlaqədə olmaq üçün avtomobili geriyə döndədim və məhəllə istiqamətində sürməyə başladım. Zümrüd məndən avtomobili hara sürdüyümü soruşdu. Mən isə guya həmin məhəllədə bir nəfərə pul verəcəyimi dedim və onu aldatmaq istədim. Lakin Zümrüd pulu onu düşürdükdən sonra verməyimi söylədi. Məndən maşını dediyi istiqamətə sürməyimi tələb etdi".

"Sakit dayanmasını tələb etdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Zümrüdün səs-küy salacağından ehtiyat edib və avtomobili geri döndərərək Xırdalan şəhəri AAAF-Park istiqamətində hərəkətinə davam edib: "AAAF-Parka tərəf dönən kimi sağ sağdaki küçənin qaranlıq olduğunu gördüm. Maşını qəflətən həmin küçəyə sürdüm.

Zümrüd mənə gedəcəyi ünvanı söylədi. Onun səs-küy salacağını hiss etdim və tez oturacağın sol tərəfində saxladığım mətbəx bıçağını çıxardım, ona tərəf tutaraq sakit olmağı tələb etdim.

Zümrüd yalvararaq onu buraxmağımı istədi. Maşını küçə ilə evlərin olmadığı, qaranlıq, kimsəsiz yerdə saxladım. Yerə düşmədən qabaq otracaqdan arxaya keçdim və Zümrüdün əynindəki şalvarının soyundurmaq istədim. O, müqavimət göstərərək mənə mane olmağa çalışanda ağzının üstünə bir şillə vurdum, saçından tutaraq sakit dayanmağı tələb etdim".

"Cinsi əlaqədə oldum"

Əfqan qeyd edib ki, bundan sonra Zümrüdün şalvarını yarıya kimi aşağıya çəkib: "Şalvarın arxa cibində pul olduğunu hiss etdim. Əlimi salaraq onun cibindəki 47 manatı götürdüm və qabaq oturacaqların arasında olan saxlanc yerinə qoydum. Sonra öz şalvarımı da yarıya kimi aşağıya çəkdim, Zümrüdlə cinsi əlaqədə olmağa başladım.

Cinsi təlabatımı tam ödədim, sonra sükan arxasına keçdim. Mərkəzi küçəyə çıxdım, avtomobili AAAF-Park yaşayış kompleksi istiqamətində sürdüm. Zümrüdü avtomobildən düşürdüm".

"Xanım hara gedirsiniz?"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zümrüdün sözlərinə görə, 2021-ci ilin iyul ayından "Tüstü PUB" restoranında ofisiant işləyir: "İşdən çıxdıqdan sonra evə gəlmək üçün piyada "Şamaxinka" adlanan dayanacağa getdim. Həmişə oradan manatlıq taksi ilə Xırdalan şəhərinə yaşadığım evə gedirəm.

Oktyabrın 16-da saat təxminən 01 radələrində işdən çıxdım. Təxminən 15 dəqiqə piyada "Şamaxinka" deyilən əraziyə getdim. Dayanacaqda dayandığım vaxt dövlət qeydiyyat nişanını xatırlamadığım "Toyota Prius" markalı avtomaşın qarşımda saxladı.

Sürücü məndən "xanım hara gedirsiniz" deyə soruşdu. Xırdalan şəhərində "AAAF" yaşayış kompleksinin yaxınlığına getdiyimi dedim. Sürücü Sumqayıt şəhərinə getdiyini bildirdi. "Mən çöl yolu gedəcəm, istəsəniz sizi oradan keçərək düşürdə bilərəm" deyə əlavə etdi.

Sürücü ilə razılaşdım, avtomobilə mindim. Saat 01.30 idi. Çünki avtomobilə minərkən mobil telefonumda saata baxdım və rəfiqəm Sevilə vatsapda mesaj yazaraq taksiyə mindiyimi bildirdim. Avtomobildə sürücü və məndən başqa heç kim yox idi".

"Əhəmiyyət vermədim"

Zümrüd deyib ki, sürücü Sumqayıt şəhəri istiqamətində sürməyə başlayıb: "Yolda sürücü ilə aramızda heç bir söhbət olmadı. "Vaz" dairəsi deyilən yerə çatmamış sürücü avtomobilin sağ arxa qapısının, yəni əyləşdiyim tərəfdəki qapının tam örtülmədiyini dedi, sürəti azaltdı, mən həmin qapını açaraq yenidən örtdüm.

Sürücü avtomobili saxlayaraq yerə düşdü, maşının bütün qapılarını açaraq yenidən bağladı. Həmin vaxt onun qapıların içəridə olan qarmaqlarını əli ilə basdığını gördüm. Onun bu hərəkətinə əhəmiyyət vermədim".

"Yaşamaq istəyirsənsə, mobil telefonuvu ver"

Zümrüd bildirib ki, təxminən 10-15 dəqiqə sonra "AAAF-Park" yaşayış kompleksi istiqamətində hərəkətə davam ediblər, "120-nin dayanacağı" deyilən dairəyə çatmamış sürücü avtomobili geriyə döndərib, yaxınlıqdakı məhəllədə yaşayan hansısa tanışına pul verməli olduğunu deyib:

"Maşını həmin məhəlləyə tərəf sürmək istədi. Ona etiraz etdim, əsəbi şəkildə "siz maşına sərnişin mindirmisiniz, məni düşürün, onsuz da bu yolu qayıdacaqsınız, məni düşürtdükdən sonra pulu verərsiniz" dedim.

Bu sözdən sonra sürücü avtomobili geriyə döndərdi, yenidən Xırdalan şəhərinin mərkəzi istiqamətində sürməyə başladı. Dairəni döndükdən sonra taksi sürücüsü qəflətən sükanı sağa döndərərək ara küçəyə girdi. Ona yolu düz getmədiyini dedim.

Sürücü qəflətən arxaya döndü, sağ əlindəki mətbəx bıçağını boğazıma dirəyərək "səni deşərəm, yaşamaq istəyirsənsə, mobil telefonuvu ver" dedi.

Onun bıçağı haradan götürdüyünü görmədim. Sağ əlində saxladığı bıçağı boğazıma dirəsə də, sol əliylə sükanı tutaraq avtomobili idarə etdi. Mən isə ağlayaraq sürücüyə "məni ananın, bacının yerinə qoy, nə istəyirsən verim, telefonumu verim, üzərimdəki pulu verim, mənə heç bir şey eləmə, burax gedim" desəm də, yalvarışlarıma məhəl qoymadı, məndən mobil telefonumu istədi.

Əlimdə saxladığım "Samsung A51" markalı mobil telefonunu sürücüyə verdim. Məndən telefonu kreditə alıb-almadığımı soruşdu. Yalandan kreditə aldığımı dedim".

"Məni öldürməsindən qorxdum"

Zərərçəkmişin sözlərinə görə, sürücü mobil telefonu oturacağa, iki ayağının arasına qoyub, avtomobili sürməyə davam edib:

"Yol boyu ağlayaraq yalvarsam da, sürücü mənə dedi ki, kəs səsini, ağlama, öldürərəm səni, sənə dedim axı, yaşamaq istəyirsənsə, səsini çıxarma. Həmin istiqamətdə yaşayış evləri qurtaranadək avtomobili qurunt yolla sürdü, yolun qutaracağında sağa döndərək maşını saxladı, ön işıqları söndürdü. Hətta maşını saxladıqdan sonra sürücü ağzımdan şillə də vurdu.

Sürücünün əlində bıçaq olduğu üçün məni öldürməsindən qorxdum və avtomobilin qapısını açaraq yerə düşmək üçün heç bir cəhd etmədim, qışqırmadım. Qapıları içəridən aça bilməyim üçün sürücü artıq avtomobilin arxa qapılarını kilidləmişdi. Qışqırsam belə bunun heç bir faydası olmayacaqdı.

Daha sonra sürücü mobil telefonu sağ-ön oturacağın üzərinə qoydu, sürücü oturacağından arxaya, mənim yanıma keçdi. Bıçağı yenidən boğazıma dirədi, "ağlama, səni öldürərəm, səni bıçaqla deşərəm, yaşamaq istəyirsənsə, səsini çıxartma", - deyə-deyə dodağımdan öpməyə başladı. Ona məni buraxması üçün yalvarsam da, buna məhəl qoymadı. Bıçağı boğazımdan çəkdi və mənə qasrşı seksual hərəkətlər etdi".

Zümrüd deyib ki, həmin vaxt ağlayaraq sürücünün sinəsindən itələsə də, ondan əl çəkməyib, müqavimət göstərməməsi üçün əli ilə başından, üzündən şillə vurub, saçını yolub. Bundan sonra sürücü onunla intim əlaqədə olub, ona qarşı seksual xaraktertli hərəkətlər etməyə məcbur edib.

"Sürücüyə yalvardım"

Zərərçəkmiş şəxsin sözlərinə görə, sürücü işini bitirdikdən sonra onu öldürəcəyini düşünüb. Onunla cinsi əlaqədə olan zaman sürücü əynindəki şalvarın arxa sol cibində olan 47 manat pulu götürüb, iki ön oturacağın arasınadakı yerə qoyub, ondan üzərində başqa pul olub-olmadığını soruşub:

"Mən isə üzərimdə başqa pul olmadığını dedim. Həmin vaxt əmin oldum ki, sürücü mənimlə zorla cinsi əlaqədə olmaq istəyir. Buna mene olmaq üçün ayaqlarımı bir-birinə sıxsam da, mənim sağ budumdan yumruqla zərbə vurdu.

Təxminən iki-üç dəqiqə iradəmə zidd olaraq zorla cinsi əlaqədə oldu. Sonra sürücü oturacağına keçdi. "Məni burax, məni öldürmə, heç kimə heçnə deməyəcəm" deyə yalvarmağa davam etdim. O, isə "yaxşı ağlama, səninlə işimi artıq bitirmişəm, səni buraxacam" deyə cavab verdi.

Mobil telefonumu sağ-ön oturacağın üzərindən götürdü, məndən mobil telefonumun şifrəsini soruşdu. Şifrəni dedim, telefonu açdı. Sonra mühərriki işə saldı, ön işıqlarını yandıraraq maşını sürməyə başladı. Az sonra mərkəzi küçəyə çıxdı, "Qazel" markalı yük maşınının qarşısında saxladı.

Arxa sağ qapının şüşəsini oturduğu yerdən açdı, mənə "əlini sal, qapını çöldən aç, düş get" dedi. Mən isə "qorxuram, şüşəni bağlayıb, qolumu qırarsan, ona görə də, qapını açmayacam" deyə cavab verdim. O, avtomobildən düşərək qapını açdı, mənə "düş" dedi. Mən də avtomobildən düşdüm".

"Oradan uzaqlaşdım"

Zərərçəkmiş qeyd edib ki, bu vaxt sürücü ondan "telefon kreditdir?" deyə soruşub və sürücüyə telefonu kreditə aldığını deyib: "Sürücü mobil telefonu mənə qaytardı. Dedi, arxaya baxmadan get. Mən də sürücüyə baxa-baxa arxa-arxaya getməyə başladım. Bıçaqla arxadan məni vurmasından ehtiyat etdiyim üçün həmin vaxt arxa-arxaya gedərək avtomobildən uzaqlaşdım".

Zümrüd deyib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və hadisə barədə məlumat verib.

Əfqan 13 il müddətinə azadlıqdan məhrum edilib.