Dünya

Ali təhsili olmayanlara QADAĞA

Çində ali təhsili olmyana influenserlərə qadağa qoyulub.

Qlobal.net xarici KİV-lərə istinadən bildirir ki, bundan sonra influenserlər məzmun paylaşmaq üçün diplomunu sübut etməlidir. Diplom olmadan paylaşım etsələr, böyük miqdarda cərimə və daimi qadağa ilə üzləşəcəklər.

Amma bu, yalnız başlanğıcdır: Çinli bloqçulara indi Lamborghini avtomobillərini, lüks çantaları və xaricdəki tətilləri göstərmək qadağandır – bu, pis bir nümunədir. Lüks məzmunlu hər hansı bir məzmun zərərli hesab edilə bilər və müəllif bloklana bilər.

Üstəlik, yeni bir qayda var: bloqçulardan nə qədər qazandıqlarını, hansı vergiləri ödədiklərini və hətta hansı süni intellekt filtrlərindən və ya Photoshop-dan istifadə etdiklərini açıqlamaları tələb olunur.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button