Şəfiqənin də, Rasimin də yaşı 80-dır, gedib nəvələri ilə oynasınlar – Tariyel Qasımov
Bir sıra media orqanlarında verilən xəbərə görə, bir müddət əvvəl buraxılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədrləri Rasim Balayev və Şəfiqə Məmmədova yenidən namizədliklərini irəli sürmək fikrindədirlər. Yaşlarının 80-na yaxın olması və buraxılmış ittifaqlar tərəfindən namizədlər kimi yenidən təklif edilməsi məsələsi bu sferada təmsil olunan şəxslər arasında müzakirələrə səbəb olub. Bu kimi faktorlar qeyd olunaraq yeni yaradılacaq ittifaqa sədrin daha cavan olmasını bildiriblər.
Manset.az məsələ ilə bağlı tanınmış Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımov ilə əlaqə saxlayıb.
Tariyel Qasımov bildirib ki, Şəfiqə və Rasim indiyədək heç bir iş görməyib, elə belə yalandan maaş alıblar. Vəssəlam.