Sağlam bədənə
sahib olmaq və gün ərzində özünü enerjili hiss etmək üçün mütəxəssislər hər
gecə 7-8 saat yatmaq lazım olduğunu deyirlər. Lakin bəzən müxtəlif səbəblərdən
bu mümkün olmur. Bəs 7 saatdan az yatdıqda nə baş verir?
Qlobal.net bildirir ki,
Yetərsiz yuxu təkcə yorğunluq hissi yaratmır, həm də bütün bədəninizə təsir
edir. Yuxu texnologiyası şirkəti yuxu çatışmazlığının fiziki təsirlərini aşkar
etmək üçün sınaq keçirib.
Yuxu rejimi
pozulduqda qan axını azalır, dəri solğunlaşır və canlılığını itirir. Eyni
zamanda stress hormonu kortizolun səviyyəsi yüksəlir, dəri vəziyyətini pisləşdirir
və qıcıqlanma, qızartı, qaşınma yaradır.
İLK ƏLAMƏTLƏR DƏRİDƏ ÜZƏ ÇIXIR
Yetərsiz yuxu
ilk təsiri dəridə özünü göstərdi. Yuxusuzluqdan əziyyət çəkənlərin 15%-i
dırnaqlarının kövrək olduğunu, 24%-i isə həssas dəriyə malik olduğunu bildirib.
Bundan əlavə, ekzema (16%), sədəf (7%) və solğun dəri tonu (10%) kimi problemlər
də ümumi dəri simptomları arasında idi. İstirahət zamanı dəri özünü yeniləyir və
bərpa edir. Yuxunun olmaması bu prosesi maneə törədir, sağlam, parlaq dərini
saxlamağı çətinləşdirir.
ÇƏKİ ARTMASINA SƏBƏB OLA BİLƏR
Yuxusuzluq
kilo alma riskini artırır. Araşdırmalara görə, kifayət qədər yatmayan
insanların 26%-də artıq çəki, 32%-də isə şişkinlik müşahidə olunur. Yuxu aclıq
və toxluq hormonlarını tarazlaşdırır; yuxusuzluq isə qrelinin artmasına,
leptinin azalmasına səbəb olaraq iştahı artırır, xüsusilə şəkərə istəyi gücləndirir.
Mütəxəssislər bildirir ki, bu təsir kişilərdə və qadınlarda fərqli olur:
qadınlarda yağ omba və budda, kişilərdə isə testosteron azalması səbəbindən
qarında toplanır.
ƏL VƏ AYAQLAR SOYUQ OLUR
Digər diqqətəlayiq
dəyişiklik isə əllərin və ayaqların soyumasıdır. Bədən istiliyi sirkadiyalı
ritmdən asılı olaraq tənzimlənir. Yuxunun olmaması orqanizmin daxili
temperaturu tənzimləmək qabiliyyətini poza bilər, əllərdə və ayaqlarda soyuqluq
və narahatlığa səbəb olur.
Sağlam bir
yetkinin ümumiyyətlə 7-9 saat yuxuya ehtiyacı var, lakin bu miqdar yaşa,
sağlamlıq vəziyyətinə və fərdi amillərə görə dəyişə bilər. Yeniyetmələr,
uşaqlar və körpələr böyümə prosesində olduqları üçün daha çox yuxuya ehtiyac
duyurlar.
Sirkadiyal
ritmlər bizim bioloji saatımızdır; Kortizol səviyyəsi səhər saat 8-də zirvəyə
çatır, bu da oyanmağımıza imkan verir. Bu səviyyə gün ərzində azalır, maddələr
mübadiləsi yavaşlayır və yuxu asanlaşır. Yuxunun olmaması bu modeli pozur və
fiziki və psixi sağlamlığa mənfi təsir göstərir.
Səbinə
Qlobal.net