Zəfəran niyə dünyanın ən bahalı ədviyyatıdır?
Zəfəran niyə dünyanın ən bahalı ədviyyatıdır?
Ədviyyatlar yeməklərə dad qatmaq üçün daim istifadə etdiyimiz və hər zaman əlimizin altında olan inqrediyentlər arasındadır. Təbii ki, onların yetişmə üsulu, dadı və qiyməti bir-birindən fərqlidir.
Bəs zəfəranı bütün ədviyyatlar arasında fərqləndirən nədir və bu ədviyyat niyə bu qədər bahadır?
Qlobal.net bildirir ki, Zəfəran sözünün mənşəyi ərəbcə “sarı rəng” mənasını verən asfar sözündəndir.
Çox vaxt qida boyası və ətirləndirici kimi istifadə edilən zəfəran payızda çiçək açan, bənövşəyi tonlarda çiçəkləri olan bir bitkidir. Bu bitki Fransa, İran, İspaniya və İtaliyada yetişdirilir. Vətəni cənub-qərb Asiyadır, lakin becərilməsi ilk dəfə Yunanıstanda başlamışdır.
Bu ədviyyatdan 1 kiloqram istehsal etmək üçün təxminən 100-130 min zəfəran çiçəyi lazımdır. Bu səbəbdən bahadır. Zəfəran bitkisinin gözə çarpan bənövşəyi çiçəyi var, lakin ədviyyat həmin çiçəyin ortasındakı sarı pistildən alınır. Yəni çiçəyin özündən bir yana, ortadakı bütün sarı hissədən belə bu ədviyyatı əldə etmək mümkün deyil. Dişi hissə çıxarılır, kişilər isə atılır
Bu ədviyyatı münasib qiymətə tapdığınız zaman sevinməyin. Çünki qiymət uyğun olarsa, zəfəran əvəzinə zəfəran, zerdeçal və ya kalendula alırsınız.
Səbinə
Qlobal.net